ADU və DGKA tələbələri Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya ediblər

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı (ADU TGT) və Dövlət Gömrük Komitəsi Akademiyası Tələbə Gənclər Təşkilatının (DGKA TGT) CreArt (Mədəniyyət) klublarının birgə təşkilatçılığı ilə Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya ediblər.
Ekskursiya iştirakçıları muzey bələdçilərinin təqdimatında Azərbaycan dəmiryolunun keçmişindən bu gününə qədər olan inkişaf yolunu daha yaxından öyrəniblər. Gənclər arxiv materiallarını, nadir eksponatları incələyib, Azərbaycan dəmiryolunun zəngin tarixi, inkişaf mərhələləri və bu sahədə baş verən yeniliklərlə tanış olublar. Eyni zamanda köhnə qatarlara baxış keçirib, onların idarə olunma sistemi ilə tanış olublar.
Bu maarifləndirici ekskursiya tələbələrə Azərbaycan dəmiryolunun tarixi və texniki tərəfləri haqqında dəyərli məlumatlar əldə etmək imkanı yaradıb.

















