XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri 159 nömrəli məktəbdə “Bilik yarışması” təşkil edib

14 mart, 2025

Azərbaycan Dillər Universitetinin (ADU)  Saleh Poladi adına 159 nömrəli tam orta məktəbdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qələmşah Heybətovun rəhbərliyi ilə pedaqoji təcrübədə olan İngilis-Fransız dilləri fakültəsinin tələbələri tərəfindən 7-ci siniflər arasında “Bilik yarışması” keçirilib.

Yarışmada hər sinifdən 5 nəfər olmaqla, ümumilikdə 5 sinif iştirak edib. Müsabiqə maraqlı və gərgin mübarizə şəraitində keçib. Yarım final mərhələsində 7A və 7Ç sinifləri eyni bal toplayıb. Həlledici mərhələdə riyaziyyata aid suala düzgün cavab verən 7Ç sinfi qalib elan olunub.

Qalib komandanın 5 şagirdi tərifnamə ilə təltif edilib, digər iştirakçılara isə həvəsləndirici təşəkkürnamələr təqdim olunub.