ADU-da Azərbaycan və slavyan xalqlarının bayramlarına dair dəyirmi masa keçirilib

Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Rusiyaşünaslıq Mərkəzi və Belarus dili və mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan və slavyan xalqlarının bayramlarının oxşarlıqları və fərqləri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin müəllimləri, tələbələr, təcrübəçilər və mədəni ənənələrə maraq göstərən şəxslər iştirak ediblər.
Müzakirə zamanı iştirakçılar Novruz və Maslenitsa bayramlarının qeyd olunması ilə bağlı oxşarlıqları və fərqləri araşdırıblar. Spikerlər bayramların tarixi, adət-ənənələri barədə maraqlı faktlar bölüşüb, onların ümumi cəhətləri və fərqli xüsusiyyətlərini vurğulayıblar.
İnteraktiv formatda keçirilən görüş iştirakçılar arasında canlı dialoqa və bilik mübadiləsinə şərait yaradıb. Hər bir iştirakçının müzakirəyə qoşulması və şəxsi təcrübələrini paylaşması tədbirə xüsusi maraq qatıb.





