XƏBƏRLƏR

ADU TGT üzvləri Anıtqabiri ziyarət ediblər

13 mart, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni- Anıtqəbiri ziyarət ediblər.

Tələbələr Türkiyə Qurtuluş Savaşının öndəri Mustafa Kamal Atatürkün əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra gənclər Anıtqabirdə yerləşən Türkiyə Tarix Muzeyi ilə tanış olublar. Onlara muzeydə yaradılmış şərait, Qurtuluş Savaşı dövrünə aid eksponatlar və tarixi məlumatlar haqqında geniş məlumat verilib.