XƏBƏRLƏR

"Hüquqi dövlət quruculuğu: reallıqlar, çətinliklər, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib

12 mart, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq və Azərbaycan tarixi, həmçinin Beynəlxalq münasibətlər kafedralarının birgə təşkilatçılığı ilə "Hüquqi dövlət quruculuğu: reallıqlar, çətinliklər, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbir fakültə dekanı, professor İbrahim Kazımbəylinin moderatoru ilə baş tutub.
Tədbirdə Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov "Azərbaycan Respublikasının Konstitusiya tarixi" mövzusunda çıxış edərək, ölkənin konstitusiya quruculuğunun inkişaf mərhələlərindən bəhs edib.

Beynəlxalq münasibətlər kafedrasının professoru Mətanət Əsgərova "Hüquqi dövlət şəraitində insan hüquqlarının etibarlı müdafiəsi" mövzusunda çıxış edərək, hüquqi dövlət çərçivəsində insan hüquqlarının qorunmasının mexanizmləri və beynəlxalq standartlara uyğunluq məsələlərini müzakirə edib.

 Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova "Hüquqi dövlət və konstitusiya dəyişiklikləri: müasir çağırışlar" mövzusunda çıxış edərək, müasir dövrdə konstitusiya islahatlarının əhəmiyyəti və qarşıda duran əsas çağırışlar barədə fikirlərini iştirakçılarla bölüşüb.

Tədbirdə, həmçinin, Beynəlxalq münasibətlər, Regionşünaslıq və digər kafedraların professor-müəllim heyəti iştirak edərək, müzakirələrdə fəal iştirak ediblər.