Bakıda 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 mart, 2025

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dairəvi konfrans zalında Fövqəladə Hallar Nazirliyi (FHN) və AMEA-nın birgə təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
"Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda təşkil olunan tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) rektor müşaviri Anar Osmanlı və İngilis və Alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova iştirak ediblər.
FHN rəhbərliyi tərəfindən mülki müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa və səmərəli fəaliyyətinə görə bir sıra şəxslər fəxri fərmanla təltif edilib.