ADU tələbəsi "Bakı Böyük Dəbilqə 2025"in təşkilinə töhfə verib

Fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilən "Bakı Böyük Dəbilqə 2025" Beynəlxalq Cüdo Turnirinin uğurla təşkil olunmasında könüllülərin rolu böyük olub. Yarış müddətində arenada 43 könüllü müxtəlif sahələrdə – tamaşaçılarla iş, iştirakçıların qeydiyyatı, informasiya dəstəyi, isinmə zonası və akkreditasiyalar üzrə fəaliyyət göstərib.
Könüllülər arasında Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisasının 172-ci qrup tələbəsi Dunay Mahmudova da yer alıb. O, turnirin təşkilati prosesində aktiv iştirak edərək tamaşaçılarla iş və informasiya dəstəyi sahələrində məsuliyyət daşıyıb. Peşəkar yanaşması və yüksək təşkilatçılıq bacarığı ilə seçilən Dunay Mahmudova yarışın uğurla keçirilməsinə töhfə verib.
Onun və digər könüllülərin əzmkarlığı nəticəsində "Bakı Böyük Dəbilqə 2025" turniri yüksək səviyyədə baş tutub.











