XƏBƏRLƏR

“Купалаўская дыктоўка” adlı aksiya keçirilib

25 fevral, 2025

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin Belarus dili və mədəniyyəti Mərkəzində Yanka Kupala adına Qrodno Dövlət Universitetinin "Купалаўская дыктоўка" adlı imla yazı aksiyası keçirilib.

Tədbirdə universitetin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri iştirak ediblər. Bu aksiya mədəni mübadilənin vacib elementi olmaqla yanaşı, Belarus dilinə olan marağın artmasına da töhfə verib.

Keçirilən aksiya dil və mədəniyyətin insanları bir araya gətirərək bilik mübadiləsinə və xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini bir daha göstərib.