4-cü kurs tələbələri ilə maarifləndirici görüş keçirilib
21 fevral, 2025

Fevralın 20-də Azərbaycan Dillər Universiteti (ADU) Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadənin dəvəti ilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli həmin fakültənin son kurs tələbələri ilə görüşüb.
Heydər Eminli müəllimlik peşəsində karyera qurmaq, özəl məktəblərdə və özəl təhsil sektorunda iş fəaliyyətinə başlamaq istəyən tələbələrə mövcud əmək bazarındakı rəqabətliliklə bağlı məlumat verib. O, həmçinin işə müraciətlərdə fərqlənən namizəd olmaqla bağlı öz təcrübəsini də bölüşüb.
Sədr müzakirə və diskussiya şəklində keçən info-sessiyada tələbələri maraqlandıran sualları da cavablandırıb.

















