ADU-nun rektoru tərcüməçilərlə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Müasir dillər və Roman dillərinin nəzəriyyəsi və praktikası kafedrasının müəllimləri universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüşüblər.
Görüş zamanı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərinin ispan dilinə tərcüməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr çərçivəsində xalq yazıçısı Kamal Abdulla müəllimlərlə əsərin ispan dilinə tərcümə prosesi və bədii üslubun qorunması məsələləri barədə fikir mübadiləsi aparıb.
Qeyd edilib ki, Müasir dillər və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimləri bu əsərin ispan dilinə tərcüməsini həyata keçirəcəklər.
Görüş zamanı Kamal Abdulla əsərin məzmunu, strukturu və dil xüsusiyyətləri haqqında fikirlərini bölüşüb, müəllimlərin tərcümə prosesində qarşılaşa biləcəyi çətinliklərə dair tövsiyələrini verib. Bu təşəbbüs Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm addım hesab edilir. Tərcümə işinin yüksək akademik və bədii səviyyədə həyata keçirilməsi üçün müəllimlərin verə biləcəyi töhfələr müzakirə olunub.











