XƏBƏRLƏR

ADU tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

19 fevral, 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

Tələbələr arasında Azərbaycan Dillər Universitetinin 5 nəfər tələbəsi- Nəzrin İsmayılzadə, İnci Kazımova,  Aytac Devrişova, Leyla Rzazadə, Tərlan Həsənli var.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Təqaüdə layiq görülən tələbələri qəbul edib. Rektor universitetin sosial-ictimai həyatında göstərdikləri fəallıqlara və təhsildə qazandıqları uğurlara görə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor, həmçinin tələbələrin akademik və sosial inkişafına dəstək verməyin universitetin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır.