ADU-nun müəllimləri və tələbəsi Hindistan səfirliyində olublar
19 fevral, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları- Hind dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva, Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi Amerikaşünaslıq ixtisasının 172-ci qrup tələbəsi Dunay Mahmudova Hindistanın Azərbaycandakı səfirliyində Hind dilinin təbliği ilə əlaqədar keçirilən Hindi Divas tədbirində iştirak ediblər.
Hind dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva Hind dilinin tarixi və inkişaf yolu, Hind ədəbiyyatının zənginliyi ilə bağlı çıxış edib.
Tələbə Dunay Mahmudova Hind dilində “Vətən” adlı mahnı ifa edib.













