XƏBƏRLƏR

ADU-da Akkreditasiya və Reytinqlər üzrə Müstəqil Agentliyin nümayəndələri ilə müqavilə imzalanıb

18 fevral, 2025

18 fevral 2025-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla 2024-2025-ci tədris ilində Azərbaycan Dillər Universitetinin 3 proqram üzrə (İngilis dili müəllimliyi, Beynəlxalq münasibətlər və Regionşünaslıq və Tərcümə) Proqram Akkreditasiyası üçün Akkreditasiya və Reytinqlər üzrə Müstəqil Agentliyin nümayəndələri ilə müqavilə imzalayıb. Görüşdə IAAR (Independent Agency for Acrreaditation and Rating) direktoru ALINA Jumaqulova,  ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Jalə Qəribova,  Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı  prof. İbrahim Kazımbəyli, İngilis -fransız fakültəsinin dekanı dos. Vəfa Babayeva, İngilis- Alman fakültəsinin dekanı dos. Naibə Camalova, Tərcümə fakültəsinin dekanı dos. Bənövşə Məmmədova,  Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə, Strateji inkişaf və planlama şöbəsinin Röya Əliyeva iştirak edib. 

Görüşü açılış nitqi ilə açan akademik Kamal Abdulla universitetin Strateji inkişaf planından irəli gələn əsas prioritet məsələlərdən biri kimi proqramların beynəlxalq akkreditasiyadan keçməsi və universitet üzrə ixtisasların beynəlxalq arenaya çıxması istiqamətində atılmış bu addımın önəmi haqqında söz açıb və əməkdaşlıq üçün Beynəlxalq Agentliyə minnətdarlıq bildirib, fakültə və şöbələri bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə dəvət edib.