XƏBƏRLƏR

ADU-nun dosenti Ankara şəhərində səfərdə olub

18 fevral, 2025

Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsi nəzdində  Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülbəniz Camalova 7-12 fevral 2025-ci il tarixlərində Ankara şəhərində təhsillə bağlı səfərdə olub.

Ankara Yabançı Dillər Yüksək okulunun ögretim görevlisi, Fransızca hazırlık Birim başqanı və Ankara Müəllimlər Assosiasiyasının rəhbəri İhsan Aslan bəyin dəvəti ilə səfərdə olan universitetimizin dosenti və Azərbaycan Müəllimlər Assosiasiyasının rəhbəri Gülbəniz Camalovanı universitetimizin müəllimləri və Assosiasiyanın fəal üzvləri- Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülşən Bağırova, Fransız dilinin fonetikası  və qrammatikası kafedrasının müəllimi Aynurə Cəbiyeva və digər təhsil müəssisələrindən bir qrup müəllim müşaiyət edib.

Ankara Universiteti Fransız dili və Ədəbiyyatı (Langue et Littérature Françaises) Dr Ogr. Uyesi Ece Yassıtepe Ayyıldız; Prof. Dr.  Nurmelek Demir (Dtcf); Qazi Universiteti Fransız Dili Egitimi (Didactique du FLE) prof. Dr Nurten Özçelik, Doç. Dr Onur Özcan (Erasmus+ proqramlarına məsul şəxs); Hacıtepe Universitetinin 3 bölümündə- Fransız Dili Egitimi (Didactique du FLE) Doç. Dr Barış Aydın, Dr Yıldız Fakioğlu Gökduman; Fransız dili və Ədəbiyyatı (Langue et Littérature Françaises) Prof. Dr Kubilay Aktulum,  Doç. Dr Eylem Aksoy Alp, Fransızca Müt-Tercümanlık (Traduction et Interprétation) Dr Ogr. Uyesi Umut Can Gökduman, Arş. Gör. Sabahattin Buğra Akdoğan və Yabançı Dillər Yüksək okulu Gül Özavçı Yapıcı (Erasmus+ proqramlarına məsul şəxs); müdür yardımçıları Firat Öztürk və Çiğdem Kayhan Aslan və ögretim görevlisi Simgə Çavuşoğlu ilə görüşlər təşkil olunub. 

ADU-nun dosenti Gülbəniz Camalovanın İhsan Aslan bəyin təşkilatşılığı ilə bu tədris ocaqlarının rəsmiləri ilə keçirdiyi  çoxsaylı görüşlər dil tədrisi metodikası və universitet və asssosiyasiyalar arası əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi, birgə layihələrlə bağlı faydalı əməkdaşlığın başlanğıcı hesab oluna bilər. Çünki tərəflər arasında əməkdaşlıq layihəsinin ilkin variantı hazırlanmış və universitetlər arası müzakirəyə təqdim olunacaq.

Səfər zamanı iştirakçılara sertifikatlar verilib, Atatürkün məqbərəsi -Anıt kabir ziyarət olunub.

Bildirilib ki, Qazi Universitetinin həyətində ağaclar Türkiyə və Azərbaycan bayraqları, Qarabağın simvolu Xarı bülbüllə bəzədilmişdi. Bu da əməkdaşlar tərəfindən qürurla qarşılanıb.