Elektron kabinetdən istifadə ilə bağlı təlimlər yekunlaşıb

Kafedralarda elektron kabinetdən istifadə ilə bağlı texniki dəstəyə ehtiyacı olan professor- müəllim heyəti üçün 11 fevral 2025-ci il tarixindən başlayan təlimlər 13 fevral saat 17:00-da yekunlaşıb. 3 gün ərzində keçirilən təlimlərdə ADU-nun müxtəlif kafedraları üzrə 40-a yaxın professor-müəllim heyəti iştirak edib.
Təlimlərin keçirilməsinin əsas məqsədi ötən ildən başlayaraq tədrisin elektronlaşması prosesində şəxsi kabinetdən istifadə və tələbələrin qiymətləndirilməsi ilə bağlı dəstəyə ehtiyacı olan yeni təyin olunan, habelə saathesabı qaydada tədrislə məşğul olan, elektron xidmətlə bağlı çətinliklə üzləşən akademik heyətin təkmilləşdirilməsi olub.
Xatırladırıq ki, silsilə təlimlərin keçirilməsinə 2023-2024-cü ilin fevral ayından başlanılıb.









