XƏBƏRLƏR

ADU-da məzun tələbələrlə görüş keçirilib

12 fevral, 2025

Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsindən 2023-2024-cü tədris ilində məzun olmuş tələbələrlə görüş keçirilib.

Görüşdə “Korreksiyaedici təlim”, “İbtidai sinif müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisaslar üzrə məzunlar iştirak ediblər. Görüşün əsas məqsədi məzunların əmək fəaliyyəti ilə tanış olmaq, qarşılaşdıqları çətinlikləri öyrənmək və iş tapmaları ilə bağlı məsləhətlər vermək olub. Fakültənin dekanı prof. H.Ə.Əlizadə, dekan müavini A.E.Əsgərova və tyutorlar ilə məzunlar arasında aparılan fikir mübadiləsi onların əmək bazarında qarşılaşdıqları problemləri aradan qaldırmağa kömək edəcək.

Tədbirin sonunda məzunlar ADU-nun rektoru, akad. K.M.Abdullaya təhsil illərində onlara göstərilmiş humanistliyə və qayğıya görə təşəkkür ediblər.