“Özgüvənli gənclər, güclü gələcək” adlı təlim keçirilib

ADU TGT nəzdində Sağlamlıq və Psixologiya Klubu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nəsimi sektorunun birgə təşkilatçılığı ilə “Özgüvənli gənclər, güclü gələcək” adlı təlim keçirilib.
Təlim zamanı özgüvənin əhəmiyyəti, onun gündəlik həyat və karyeradakı rolu ətrafında müzakirələr aparılıb.
Fərdi inkişaf, özgüvən və özünü tanıma üzrə kouç Xanım Bilalovanın təqdimatında baş tutan təlimdə tələbələrlə “Özgüvən nədir?” adlı eksperiment aparılıb.
İştirakçılar özünəinamın formalaşması, psixoloji dayanıqlıq və şəxsi inkişafla bağlı dəyərli biliklər əldə ediblər.
Təlimçi gənclərin daxili qorxularını və tərəddüdlərini necə dəf edə biləcəkləri ilə bağlı suallarını cavablandırıb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

















