XƏBƏRLƏR

Alman dili üzrə B1-B2 səviyyəsində imtahan keçirilib

10 fevral, 2025

7-8 fevral tarixlərində  Medizin Consulting Group-un binasında yerləşən tədris Mərkəzində ECL Beynəlxalq imtahanı Alman dili B1-B2 səviyyəsində keçirilib.

İmtahan Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi, Təhsildə xarici dillər kafedrasının filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Diplomatik xarici dillər kafedrasının filologiya elmləri namizədi dos. Qönçə Abdulrəhimova və həmçinin həmin kafedranın filologiya elmləri namizədi dos. Günay Muslumova  tərəfindən koordinasiya edilib.
Sözü gedən növbəti imtahan üçün qeydiyyat 2025- ci ilin  mart ayının 10-dan 28-ə kimi keçiriləcək.
Qeydiyyatdan keçmək istəyən şəxslər, şəxsiyyət vəsiqəsi ilə ADU-nun IV mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağınız xahiş olunur.
Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaq.