ADU-nun müəllim və tələbələri Pakistan səfirliyində

“Kəşmirlə Həmrəylik Günü” münasibətilə Pakistanın İslam Respublikasının Azərbaycandakı səfirliyində tədbir keçirilib.
Pakistan İslam Respublikasının Prezidenti və Baş nazirinin tədbir iştirakçılarına müraciətləri ilə başlayan tədbirdə Cammu və Kəşmirin beynəlxalq səviyyədə tanınmış mübahisə olduğu vurğulanıb.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin öz çıxışında “Hindistanın qanunsuz işğal etdiyi Cəmmu və Kəşmir əhalisinin çəkdiyi əzab, Azərbaycan xalqının Ermənistanın Qarabağı işğal etdiyi dövrdə yaşadıqlarına bənzəyir”
fikrini səsləndirib. O, hər il fevralın 5-də qeyd olunan “Kəşmirlə Həmrəylik Günü”nündə Cəmmu və Kəşmir məsələsində Azərbaycanın qardaş Pakistan xalqına ədalətli və davamlı dəstəyinə görə təşəkkürlərini bildirib. Bundan əlavə səfir qeyd
edib ki, Hindistanın əslində Pakistanın beynəlxalq aləmdə tanınan ərazilərini işğal etməsi BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqini tapıb.
Mətbuat nümayəndələrinin də qatıldığı tədbirdə ADU-da yerləşən Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli , Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Pakistanşünaslıq ixtisası üzrə təhsil alan Gültay Kərimova, Bağırİskəndərov, Emil İsmayıl
Tədbir zamanı Kəşmir məsələsi ilə bağlı mövcud vəziyyət, beynəlxalq hüquq çərçivəsində həll yolları və regional sabitliyin təmin olunması istiqamətində müzakirələr aparılıb. Bu tədbirdə iştirak tələbələrimizin regional sabitlik, beynəlxalq hüquq və diplomatik münasibətlər barədə biliklərini artırmaqla yanaşı, Kəşmir məsələsinin qlobal miqyasda əhəmiyyətini daha dərindən anlamaq imkanı yaradıb.
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

















