"Tədqiqat üsulları fənninin ali məktəbdə tədrisinin əsas problemləri" mövzusunda təlim keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə davam edən silsilə təlimlərin növbəti təlimçisi, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Chevening təqaüd proqramının qalibi olaraq Birmingham Universitetində təhsildə beynəlxalq araşdırmalar ixtisası üzrə magistratura təhsili almış Heydər Eminli olub.
Heydər Eminli tərəfindən keçirilən təlim "Tədqiqat üsulları" fənni üzrə dərs deyən professor-müəllim heyətinə "Tədqiqat üsulları fənninin ali məktəbdə tədrisinin əsas problemləri" mövzusunda olub.
Təlimdə həmçinin “Tədqiqat üsulları fənninin ali məktəbdə tədrisinin əsas məqsəd və vəzifələri”, “Tədqiqat üsulları fənnin tədrisi”, ”Fənn üzrə bacarıq və vərdişlərin effektiv şəkildə tələbəyə öyrədilməsinin əsas üsulları” mövzularında məlumat da verilib.
Təlimi giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova ADU-nun Strateji planından irəli gələn mühüm istiqamətlərdən biri kimi professor-müəllim heyətinin peşəkar inkişafını təmin etmək, tədqiqatçı kimi formalaşdırmaq olduğunu bildirib. Aparılan tədqiqatın müəllimi həm peşəkar təhsilverən, həmçinin araşdırmaçı, tədqiqatçı olmağa sövq etdiyini qeyd edən Ş.Şahməmmədova təlimçi Heydər Eminliyə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Heydər Eminli qeyd edib ki, tələbələri tədqiqata, araşdırmaya yönəltmək orta məktəbdən başlayır. Tələbə olduqdan sonra isə bu bacarıq daha da inkişaf etdirilməli və düzgün istiqamətdə formalaşdırılmalıdır. Bunun üçün təqdimatla çıxış edən təlimçi sözügedən bacarığın formalaşdırılmasının səmərəli üsullarını təsvir etmişdir.
Ali məktəblərdə keçirilən “Tədqiqat üsulları” fənnini tədris edən müəllimlərin peşəkar inşikaf səviyyələrini hər zaman diqqətdə saxlamağı, müəllimlərin dünyamiqyaslı tədqiqat platformalarında, yüksək reytinqli jurnallarda məqalələr, tezislər ilə çıxış etmələrini tövsiyyə edən H.Eminli bunun üçün əvvəla, tələbələrə həm sərbəst işləri, həmçinin də kollokviumları, aralıq imtahanlarını tədqiqatyönümlü olmasını məsləhət görüb.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Jalə Qəribova çıxışında
Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Fatma Qurbanzadə çıxışında qeyd edib ki, aparılan sorğular, təhlillər göstərir ki, hazırda tələbələrin tədqiqat bacarıqları hələ də tam formalaşmayıb
Təqdim olunan sərbəst işlər, aralıq imtahan və yekun imtahan nəticələri göstərir ki, həm bakalavriatura, həmçinin də magistratura pillələri üzrə tələbələrin tədqiqata yönələn tapşırıqların formalaşdırılmasına ehtiyac var.
Təlimdə ADU-nun aparıcı kafedralarının müəlllimlərinin, kafedra müdirlərinin müxtəlif sualları cavablandırılıb.
Təlimin sonunda növbəti tədbirin bakalavr tələbələri üçün təşkil olunması haqqında qərar qəbul olunub.
Təlim kafedraları da əhatə edir.
Qeyd edək ki, təlimlər universitetin rektoru akademik Kamal Abdullanın tapşırığına əsasən, Azərbaycan Dillər Universitetinin tədqiqat yönümlü universitetə çevrilməsi, təhsilalanları tədqiqatyönümlü tapşırıqlara həvəsləndirmək, universitetin professor müəllim heyətinin peşəkar inkişafını təmin etmək məqsədi ilə təşkil olunur.



















