İlqar Fəhmi tələbələrə ustad dərsi keçib
23 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdindəki Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə yazıçı İlqar Fəhminin tələbələrə, “Klassik irsimiz və çağdaş ədəbiyyatımız” mövzusunda ustad dərsi keçirilib.
Yazıçı tələbələrə qədim mədəni irs və milli dəyərləri müasir kontekstdə izah edib.
Eyni zamanda klassiklərimizin bədii irsində mövcud olan fəlsəfi anlam və dərinlik dünya filosoflarının əsərləri ilə müqayisə edilib, çağdaş günümüz üçün aktual olan bir sıra problemlərin həllinin Nizami, Nəsimi, Füzuli kimi dahilərimizin əsərlərində mövcud olduğu mülahizəsi irəli sürülüb.
Dərs müddətində tələbələrin mövzu ətrafında sualları da cavablandırılıb.













