XƏBƏRLƏR

ADU İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin İT üzrə baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir  

07 fevral, 2025

Azərbaycan Dillər Universiteti PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin İT üzrə baş mütəxəssisi  vəzifəsinə vakansiya elan edir

 Əsas tələblər

- Ali təhsil

- Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı

- Texniki biliklər (əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)

- Komandada işləmək bacarığı

Vəzifə və öhdəliklər  

- İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir
- Helpdesk portalında işləmə bacarığı
- Kompyuterləri, printerləri, proyektorları  quraşdırmaq

- Şəbəkə kabellərinin çəkilməsi
- Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması

- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
- Kabelləri sonlandırmaq

- Gün ərzində auditoriyalarda olan avadanlıqların (kompyuter, proyektor) saz işləməsini təmin etmək, Təhsilin Elektron İdarəetmə portalına fasiləsiz girişi təmin etmək.       

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 21 fevral  saat 18:00-dək  göndərə bilərlər.