XƏBƏRLƏR

ADU Mühasibat uçotu və hesabatı şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

05 fevral, 2025

Azərbaycan Dillər Universiteti PHŞ Mühasibat uçotu və hesabatı şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

      Əsas tələblər:

· Ali təhsil ( bakalavr, magistr üzrə  maliyyə və mühasibat uçotu )

· Sahə üzrə 5 il iş təcrübəsi

· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)

· Tələb olunan sertifikatlar: Peşəkar Mühasib Serifikatı (MHBS və İSMUBS) 

· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər 

· Komandada işləmə 

· Məsuliyyətlilik

· İntizamlılıq

· Nəticəyönümlülük

· Dəqiqlik

· Dil bilikləri ( rus, ingilis)

       Vəzifə və öhdəliklər:

· Universitetin maliyyə fəaliyyətinin təşkilində iştirak;

· Universitet  tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;

· Rüblük balans, smeta ( gəlir və xərc ) hesabatının təqdim olunması;

· Büdcə ilə faktiki göstəricilərin təhlil edilməsi;

· Statistika, Vergi hesabatlarının təqdim edilməsi; 

· Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;

· Universitetin  xərclər smetasına uyğun alışların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;

· Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət edilməsi;

· Pul vəsaitlərinin vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi və nəzarət edilməsi;

· Universitetin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi;

· Universitet tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarətin edilməsi;

· İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına,  əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;

· Maliyyə intizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi; 

· Universitetin illik maliyyə hesabatlarının tərtib edilməsi;

· Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;

· Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;

Qeyd: Əmək haqqı namizədin  kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 14 fevral  saat 18:00-dək  göndərə bilərlər.