XƏBƏRLƏR

ADU rektorunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriki

31 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla universitetin professor-müəllim heyətini, tələbə, magistr və doktorantları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Həmin təbriki təqdim edirik.

 

"Əziz professor-müəllim heyəti, tələbə, magistr və doktorantlarımız! Hörmətli ADU əməkdaşları!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, işlərinizdə və dərslərinizdə böyük uğurlar, könül xoşluğu, bol ruzi-bərəkət arzu edirəm.   

2024-cü ildə Azərbaycan Dillər Universiteti bir çox istiqamətlərdə - beynəlxalq əlaqələrin və elmi əməkdaşlığın genişlənməsi, tədrisin inkişafı sahəsində böyük uğurlara imza atdı. Bu uğurların əldə olunmasında müəllimlərimizin və tələbələrimizin böyük rolu var. Öz doğma universitetinin adını uca tutan, onun inkişafı üçün çalışan müəllim və tələbələrimizə öz təşəkkürümü bildirirəm. İnanıram ki, dövlətimizin təhsil sahəsində qarşımıza qoyduğu yeni hədəflərə doğru 2025-ci ildə də inam və əzmlə addımlayaraq daha böyük uğurlara imza atacağıq.

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bir daha ürəkdən təbrik edir, doğmalarınıza və əzizlərinizə ən gözəl arzularımı bildirirəm".