“Peşəkar İnkişaf Proqramı” təlimi öz işini yekunlaşdırıb
25 dekabr, 2024

07-08 dekabr 2024-cü ildə Azərbaycan Dillər Universitetinin əsas binasında universitetin 6 fakültəsi üzrə əsasən tyutorlar, Elm şöbəsi, Beynəlxalq şöbə, Kadrlar şöbəsi, İnformasiya Texnologiya şöbəsi, Keyfiyyətin təminatı və monitorinq şöbəsi, Biliyin qiymətləndirməsi şöbəsi əməkdaşlarının iştirakı ilə “Peşəkar İnkişaf Proqramı” adlı keçirilən təlim öz işini yekunlaşdırmışdır.
Dekabr ayının 24-ü ADU-nun rektoru akademik Kamal Abdulla təlimi uğurla başa vuran universitet əməkdaşlarına sertifikatları təqdim edib. Rektor əməkdaşları səmimi qəlbdən təbrik edib, peşəkar inkişaf və şöbələr arası səmərəli fəaliyyətin təmin olunması üçün belə təlimlərin davamlı təşkil olunacağını vurğulayıb.

































































