XƏBƏRLƏR

Milad bayramına həsr edilmiş tədbir keçirilib

24 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında həmin kafedranın dosenti Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı, 114 r qrup tələbələrinin iştirakı ilə alman xalqının milli bayramı hesab olunan Milad bayramına həsr edilmiş tədbir keçirilib.

 Tələbələr milad bayramı ilə əlaqədar alman dilində mahnılar oxuyub, şeir ifa ediblər. Alman milli şirniyyatlarında ibarət süfrəsi hazırlayıblar.

Tədbirdə İngilis və alman dilləri fakültəsinin dekanı Naibə Camalzadə və Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Xuraman Əsgərova çıxış ediblər.  Onlar tələbələrin  1-ci kurslarda  dilini öyrəndikləri xalqın mədəniyyəti, adət-ənənəsi haqqında təsəvvür yaratmaq, dilə marağın daha da artırılması məqsədilə belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal hesab ediblər.