Səfirlərin bayram təbrikləri
24 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç, Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi və Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Martinez Berroteran təbrik ediblər.