XƏBƏRLƏR

Əmək bazarı nümayəndələri ilə görüş keçirilib

24 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq Mərkəzində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə əmək bazarı nümayəndələri ilə görüş  keçirilib.

 Tədbirdə BMR fakültəsinin dekanı prof.İbrahim Kazımbəyli, Magistratura şöbəsinin müdiri dos.Firuzə Rzayeva, Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının  müdiri prof. Sevdagül Əliyeva, Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri k.e.d. Nigar Əfəndiyeva, BM kafedrasının müdiri prof. Aida Yusifzadə, Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dos. Ədilə Abdiyeva, Diplomatik xarici dillər kafedrasının müdiri prof. Nərgiz Seyidova, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dos. Xatirə Hacıyeva iştirak ediblər.

  Əmək bazarı nümayəndələrindən- AMEA-nın Tarix və Etnologiya İnstitutunun   aparıcı elmi işçisi,  institutun elmi katibi dos. Bəhmən Əliyev, Etnologiya şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d Təranə Quluzadə,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin insan kapitalının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçiləri Araz Əlizadə və Asiman Şıxıyev, “Avrasiya” tərcümə mərkəzinin layihələr üzrə meneceri Aysel Daşdəmirova  iştirak ediblər.

 BMR fakültəsinin dekanı və Magistratura şöbəsinin müdiri, ADU–nu bitirən bakalavr və magistr məzunların əldə etdikləri bilik və bacarıqlar, peşə kompetensiyaları haqqında  məlumat veriblər.  

Bildirilib ki, maraqlandıran əsas məsələlər müasir dövrdə əmək bazarının tələblərini öyrənməkdir. Məzunlara təhsil standartından əlavə yeni kompetensiyaların öyrədilməsi çox vacibdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnsan kapitalının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçiləri Araz Əlizadə bildirib  ki, istehsalat təcrübəsi zamanı ADU-dan təcrübəçilər gəlir nazirliyin müxtəlif şöbələrində öz təcrübəsini keçir. ADU tələbələrinin bilir və bacarıqları ümümilikdə bizi qane edir. Arzu edirik ki, onların kommunikativ mədəniyyət, məntiq və Azərbaycan Respubliklasının dövlər qanunları, normativ hüquqi aktlarının öyrədilməsi istiqamətində xüsusi kurslar, treninqlər  keçərdilər. Gələcəkdə işləyəcəkləri yerlərdə  tədris aldıqları müddətdən nəyin necə lazım olacağını bilməkləri faydalı olardı. Asiman Şıxıyev bilavasitə ADU-nun Regionşünaslıq ixtisasını bitirib, təcrübə keçməyə nazirliyə gedib. Sonra özləri onu işə dəvət ediblər. O, qeyd edib ki, Regionşünaslıq ixtisasında hər kəs seçdiyi region haqqında dərin bilir, amma Azərbaycan haqqında hüquqi sənədləri bilmirlər. O, təklif edib ki, Azərbaycanı xarici ölkələrlə müqayisəli şəkildə öyrənmək yaxşı olardı. Araz Əlizadə qeyd edib ki,  məzunlar və təcrübəçilər arasında ünsiyyət zəifliyi və məntiqi zəif bilmə və yerinə yetirmə  aradan çıxarsa çox yaxşı olar.

AMEA-nın Tarix və Etnologiya İnistitunun elmi katibi bildirib ki, son illər Regionşünaslıq ixtisasını bitirən çox sayda məzun Tarix İnstitutunun bir sıra ixtisasları üzrə doktoranturaya müraciət ediblər. Onların bilik və dil səviyyələri bizi qane edir. Onlardan çoxu artıq müdafiə edib elmi adını almışdır. Etnologiya şöbəsinin aparıcı elmi işçisi PhD Təranə  Quluzadə  bildirib ki, son iki ildə həmin şöbəyə iki bizim məzunlardan, iki doktorant, bir nəfər də işçi qəbul edilib. Onların bir sıra  üstünlükləri var, regionlar üzrə bilikləri dərin və xarici dil bilikləri tarix ixtisasının bitirənlərdən daha yüksəkdir.

“Avrasiya” tərcümə Mərkəzinin layihələr üzrə meneceri Aysel Daşdəmirova qeyd edib ki, mərkəzin işində Regionşünaslığın nadir ixtisasları üzrə dili dərin bilən məzunlara və hətta oxuduğu müddətdə tələbələrə çox ehtiyac vardır. Fakültə dekanı və kafedra müdirləri növbəti tədris planları hazırlanarkən bu təklifləri nəzərə alacaqlarını bildiriblər.