ADU-da Əziz Əliyevə həsr olunan dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimi Aygün Kərimova tərəfindən Azərbaycan Səhiyyəsinin inkişafında görkəmli dövlət xadimi Əziz Əliyevin rolu adlı növbəti dəyirmi masa keçirilib.
Kafedranın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq keçirilən dəyirmi masada III kurs 348a qrupunun tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Aygün Kərimova Əziz Əliyevin tərcümeyi halı haqqında ətraflı məlumat verib.
Tələbələr- Məryəm Sadıqzadə, Aysu Aslanova, Aynur Allahverdi və Kənan Əhmədov çıxışlarında görkəmli dövlət xadiminin rəhbər vəzifələrdə çalışdığını, tibb sahəsində apardığı islahatları, Azərbaycan elminin, mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verib və maraqlı faktlar söyləyiblər.







