ADU-nun tələbələri simulyasiya oyununda iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 2-ci kurs tələbələri (293) Beynəlxalq münasibətlər kafedrasının müəllimi, Belarus Dili və Mədəniyyəti Mərkəzinin müdiri Serqey Leonidoviç Klimov tərəfindən təşkil olunmuş “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda simulyasiya oyununda iştirak ediblər.
Ssenariyə əsasən tələbələr 6 dövləti təmsil edən komandalara bölünüblər.
Oyunun əsas məqsədi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa konkret, həyata keçirilə bilən və razılaşdırılmış yanaşma yaratmaq üçün iştirakçıların birgə işləməsi idi.
Oyun tələbələrə təkcə nəzəri bilikləri nümayiş etdirməyə deyil, həm də danışıqlar aparmaq, münaqişələrin həlli və konsensusun inkişafı kimi praktiki bacarıqları inkişaf etdirməyə imkan verib.
İştirakçıların hər biri yüksək səviyyədə fəallıq nümayiş etdiriblər.





