XƏBƏRLƏR

Ülviyyə Hüseynova "Ərəb dünyasında linqvistik problem və ləhcələrin rolu" mövzusunda onlayn mühazirə ilə çıxış edib

20 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb dili Auditoriyasının müdiri, azərbaycanlı alim Ülviyyə Hüseynova Rusiya Xalqlar Dostluğu Universitetinin tələbələri qarşısında "Ərəb dünyasında linqvistik problem və ləhcələrin rolu" mövzusunda onlayn mühazirə ilə çıxış edib.

Mühazirədə ərəb dilinin tarixi inkişafı, müasir dövrdəki vəziyyəti, həmçinin ləhcələrin sosial və mədəni təsiri geniş şəkildə təhlil olunub.

Alim çıxışında ərəb dünyasında dil müxtəlifliyinin təsirindən, ədəbi ərəb dilinin vahid ünsiyyət vasitəsi kimi rolundan və ləhcələrin yerli mədəniyyətlərin qorunub saxlanmasındakı əhəmiyyətindən bəhs edib.