ADU-nun əməkdaşı beynəlxalq elmi seminarda iştirak edib

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Şeyx Zayed adına Ərəb dili Auditoriyasının müdiri, azərbaycanlı alim Ülviyyə
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis olunmuş 18 dekabr – Ərəb Dili Gününə həsr edilən “Ərəb dili və mədəniyyəti: ənənələr və müasirlik” adlı elmi seminarda o, “Azərbaycanda ərəb dilinin tədrisi tarixi” mövzusunda çıxış edib.
Azərbaycanlı alim çıxışında ərəb dilinin Azərbaycanda tədris ənənələrinin qədim dövrlərə dayandığını, bu dilin həm dini, həm də elmi-mədəni irs baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, o, müasir dövrdə ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər barədə də fikirlərini bölüşüb.
Dəyirmi masada müxtəlif ölkələrdən gələn akademiklər, tədqiqatçılar və tələbələr ərəb dilinin qlobal səviyyədəki rolu ilə bağlı müzakirələr aparıblar.
Tədbir beynəlxalq elmi əməkdaşlıq və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verib.





