XƏBƏRLƏR

Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı dəyirmi masa keçirilib

19 dekabr, 2024

 Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fikrət Cahangirovun təşkilatçılığı ilə dahi Azəbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli sərəncamına uyğun olaraq, dəyirmi masa keçirilib.

Dəyirmi masada kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Giriş sözü ilə kafedra müdiri, professor Fikrət Cahangirov açıb. O, qeyd edib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla qeyd edilməsi milli-mədəni dəyərlərimizin qorunmasına həmişə diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycanımızda möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı “Məhəmməd Füzulinin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Zəkulla Bayramlı vurğulayıb ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır. 

Dəyirmi masada “Füzuli kantatası” səsləndirilib.

Sonda İngilis və alman dilləri fakültəsinin 4-cü kurs, 402 A qrup tələbəsi Ulduz Nağızadə Məhəmməd Füzulinin qəzəlini söyləyib.