XƏBƏRLƏR

ADU ilə əmək bazarının nümayəndələri arasında görüş keçirilib

18 dekabr, 2024

Azərbaycan Dillər Universiteti (ADU) ilə əmək bazarının nümayəndələri arasında görüş keçirilib. Keçirilən görüşdə ADU-nun Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova, Xarici dil müəllimliyi ixtisası, Magistarura şöbəsi, İngilis və fransız dilləri və Təhsil fakültələrinin, Hədəf Şirkətlər Qrupunun, Avropa Azərbaycan məktəbinin, Kaspi liseyinin, Məktəb lisey Kompleksinin, 27 saylı məktəbin nümayəndə heyətləri iştirak edib.

Görüşdə məktəblər və ali təhsil müəssisəsi arasında əlaqələr müzakirə olunub, tələbələrin könüllülük proqramlarında səmərəli iştirakı ilə bağlı fikirlər səsləndirilib. Əmək bazarında məzunların sağlam rəqabət bacarığının yüksəldilməsi, dinamik dövrün ehtiyaclarının, əsas kompetensiyaların formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin onların inkişafına təsiri imkanlarının müzakirəsi aparılıb, habelə öyrənənlərlə sorğular keçirilib.