XƏBƏRLƏR

ADU-nun əməkdaşı tərəfindən pedaqoji-metodik təlim keçirilib

18 dekabr, 2024

 Azərbaycan Dillər Universitetinin Roman dillərinin nəzəriyyəsi və praktikasının tərcüməsi kafedrasının müdiri, f.f.d., dos. Ülfət İbrahim tərəfindən Azərbaycan fransız dili müəllimləri Assosiyasiyasının təşkilatçılığı ilə “La classe de FLE dynamisée» adlı pedaqoji-metodik təlim keçirilib.

 Təlimdə Bakının,  eləcə də respublikanın müxtəlif  şəhər və rayon ali və orta məktəblərindən 70 yaxın müəllim iştirak edib.

Tədbirin əsas məqsədi müasir tədris metodları ilə müəllimləri tanış etmək, dərslərin interaktiv, maraqlı müxtəlif vəsaitlər vasitəsi ilə artırmaqdan ibarət olub.

Əcnəbi və yerli müəllimlər üçün çoxsaylı metodik treninqlər təşkil edən dos. Ülfət İbrahim iştirakçıkarı Avropa təhsil sistemində tədbiq olunan yeniliklərlə bağlı məlumatlandırıb.

 Müəllimlərin istəklərini nəzərə alaraq, yaxın zamanda növbəti belə tədbirlərin keçirilməsi qərara alınıb.

 Təlimdə fəal iştirak edən müəllimlərə yaxın günlərdə APFAZ tərəfindən sertifikatların təqdim edilməsi nəzərdə tutulub.