ADU-da COP 29-la bağlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin leksikologiyası kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Məlahət Vəliyevanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə”(“For the sake of the green world”) adlı ingilis dilində tədbir keçirilib.
Tədbirdə İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov, ADU-nun rektor məsləhətçisi fəlsəfə doktoru Anar Osmanlı, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalazadə, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva və tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd iqlim dəyişikliyinə, ətraf mühitin qorunmasına və ekoloji problemlərə diqqət çəkmək olub.
Tədbirdə İngilis və fransız dilləri fakültəsinin tələbələrindən Nigar Əliyeva-“Climate Change in Azerbaijan”, Leyla Məmmədova - “Global Warming: Effects on our Planet”, Məxmar İmanlı- “The role of forests on Earth”, Sürəyya Abbasova-“Impact of Climate Change on Agriculture in Azerbaijan”, Nəzrin Xəlilli-“Biodiversity: The Diversity of Nature”, Əsmər Hüseynli-“How Plastic Pollution Affects Marine Life” və Ləman Ömərova - “Solutions for Environmental Pollution” mövzularında çıxış edib, slaydlar nümayiş etdiriblər.
Tədbirin sonunda tələbələr tədbirdə təkrar emal olunmuş materiallardan hazırlanmış əl işləri və ekoloji mövzuda posterlər nümayiş etdiriblər.













