XƏBƏRLƏR

“Beynəlxalq Türk dilləri günü” nə həsr olunmuş tədbir keçirilib

18 dekabr, 2024

Azərbaycan Dil və Mədəniyyət Mərkəzi Türkiyəşünaslıq bölməsi ilə birgə “Beynəlxalq Türk dilləri günü” nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 50-yə yaxın NUML universitetinin tələbə və müəllimi kollektivi iştirak edib.

Mərkəzin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan respublikalarının Pakistan İslam Respublikasındakı səfirləri tədbir iştirakçılarına öz ana dillərində video mesajla müraciət edib, türk dövlətlərinin tarixi, mədəniyyət və dil bağlılıqlarını vurğulayıb.

Tədbirdə türk dilli dövlətlərin tarixi, onların ümumi mədəniyyəti, türk dillərinin yayıldığı coğrafi region haqqında önəmli tarixi faktlarıdan danışılıb, bu dillərdə musiqilər, şeirlər səsləndirilib.

Azərbaycan dili kursunun tələbələri Kiren Nazir və Arslan Fərid azərbaycan dilində çıxış edib, tarixin önəmli şəxsiyyətləri olan Məshəti Gəncəvi, Məmməd Əmin Rəsulzadə və Ulu öndər Heydər Əliyev haqqında məlumat verib, türk dilinin gözəlliyini şeirlər vasitəsilə iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirdə Həmid Behbudlu Xəlil Rza Ulutürkün “Ana dilim” şeirini ifa edib.