XƏBƏRLƏR

“Yaşıl dünya naminə” mövzusunda dəyirmi masa keçirilib

17 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində “Yaşıl dünya naminə” mövzusunda dəyirmi masa arxasında müzakirə keçirilib.

Tədbirdə öncə sözügedən fakültənin dekanı, professor Hikmət Əlizadə çıxış edərək, dünyada baş verən ekoloji proseslər, qlobal ekoloji böhran məsələləri haqqında danışıb və tələbələrin diqqətini Bakıda keçirilən COP29 tədbirlərinin əhəmiyyətinə cəlb edib.
Sonra fakültə tələbələri Pirizadə Mədinə, Hacı Arzu və Allahverdiyeva Fidan ekoloji proseslərdən söz açaraq ekoloji şüurun yaranmasını ekoloji böhrandan çıxış yolu kimi dəyərləndiriblər. Digər tələbələr də müzakirə olunan məsələyə öz fikirlərini bildiriblər.
Tədbirin sonunda Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadənin “Təmiz fakültə uğrunda mübarizə” çağırışı tələbələr tərəfindən yekdilliklə qəbul edilib.