XƏBƏRLƏR

"Ölkəmizdə Yaşıl Enerji Zonaları” adlı tədbir keçirilib

17 dekabr, 2024

Azərbaycan Dillər Universitetində 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində İngilis və alman dilləri  fakültəsinin nəzdində ingilis dilinin fonetikası kafedrasının müdiri fil.f.d.,dos.Xatirə  Qocayeva, b.m Mehriban İbadullayeva, b.m Gülnarə Səfərova, müəllim Günel Cəlilova təşkilatçılığı  və İngilis və fransız dilləri fakültəsi nəzdində 121a qrup tələbələri- B.Leyla, M.Elmira, A.İlahə, İngilis və alman dilləri fakültəsinin nəzdində 104b qrup tələbələri P.Məryəm, H.Fidan və ESSEX15 qrup tələbələri H.Ziya, Z.Kərimin  iştirakı ilə “Ölkəmizdə Yaşıl Enerji Zonaları” adlı tədbir keçirilib. 

Tədbirdə rektorun məsləhətçisi i.ü.f.d. Anar Osmanlı,  İngilis və alman dilləri   fakültəsinin dekanı fil.f.d.,dosent Naibə Camalzadə, İngilis və fransız dilləri fakültəsinin dekanı fil.f.d.,dosent Vəfa Babayeva, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri prof.Fikrət Cahangirov, ingilis dilinin fonetikası kafedrasının müdiri fil.f.d.,dosent Xatirə Qocayeva, professor-müəllim heyəti və universitetin tələbələri iştirak ediblər.

 Tədbir iştirakçıları öz çıxışlarında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunaraq, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilərək ekosistem bərpa olunduğunu qeyd ediblər.

  Tədbirin sonunda iştirak edən tələbələrə təşəkkürnamə təqdim edilib.