"Bölgələrdə Sahibkarlığın İnkişafı" layihəsinin növbəti görüşü ADU-da keçirilib
17 dekabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Universitet Təhsilli Qadınlar İB-nin təşkilatçlığı ilə "Bölgələrdə Sahibkarlığın İnkişafı" layihəsinin növbəti görüşü keçirilib.
Tədbirdə gənc xanımların biznes quruculuğu, dövlət dəstəyi və şəbəkələşmə imkanlarını müzakirə edilib.
Layihə bölgələrdə sahibkarlığı stimullaşdırmaq, gənc qızların biznesdə iştirakını artırmaq və iqtisadi fəallığı gücləndirmək məqsədi daşıyır. Həmçinin yerli iqtisadiyyatın inkişafina və qızların, qadınların fəallığına dəstək olmaqdır.







