XƏBƏRLƏR

İkili diplom proqramının müzakirəsi məqsədi ilə görüş keçirilib

16 dekabr, 2024

 Azərbaycan Dillər Universiteti (ADU) ilə Essex Universiteti arasında onlayn görüş keçirilib.

 Görüşdə hər iki universitet arasında 2020-ci ildə imzalanmış bakalavr səviyyəsində  ikili diplom proqramı müzakirə olunub.

Görüşün nəticələrini müzakirə etmək üçün 10 dekabr 2024-cü il tarixində ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Dr. Jalə Qəribova, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Röya Əliyeva, Beynəlxalq əlaqələr üzrə mütəxəssis Fidan Cəfərova, Filologiya fakültəsinin dekanı Həmidə Əliyeva, İngilis-alman fakültəsinin dekanı Naibə Camalzadə, İngilis-fransız fakültəsinin dekanı Vəfa Babayeva və Daxili Nəzarət şöbəsinin müdiri Coşqun Dadaşovun iştirakı ilə universitetdə görüş keçirilib.

İclas zamanı ikili diplom proqramının hər iki universitet üçün prioritet məsələ olduğu, müqavilənin yenilənməsi və gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən, müəllimlərin mübadiləsi, birgə tədqiqatlar, təlimlər və digər mövzular müzakirə edilib.

ADU və Essex Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində növbəti addımlar atılacaq və bu tərəfdaşlığın hər iki universitet üçün əhəmiyyətli imkanlar yaratması gözlənilir.