XƏBƏRLƏR

ADU tələbələri Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

16 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin tələbələri 2-5 dekabr tarixlərində Şuşa şəhərində keçirilən “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı” çərçivəsində beynəlxalq tədbirdə iştirak ediblər.

Tədbirdə ADU-nu təmsil edən 8 xarici tələbə- Yağmur Çapan, Dilara Tağ, Hira Niyaz, Maliha Zahid, Aiunur Kuanysıpayeva, Ulsuier Yrgabay, Şirin Rasul və Murat Çavlak iştirak edib.

Tələbələr tədbirdə həm universiteti, həm də ölkəmizi layiqincə təmsil edərək dünya gəncləri ilə bir araya gəliblər.

Tədbirin məqsədi gənclər arasında beynəlxalq əməkdaşlığı genişləndirmək, müsəlman gənclər arasında həmrəyliyi artırmaq və onların potensialını nümayiş etdirmək olub. Nazirlik tərəfindən iştirakçıların transferi, yataq və yemək təminatı yüksək səviyyədə təşkil olunub.