XƏBƏRLƏR

“Müstəqil Azərbaycan dövlətinin memarı” adlı tədbir keçirilib

16 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası, Regionşünaslıq (Şərq üzrə) və Beynəlxalq Münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan dövlətinin memarı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli müasir Azərbaycan dövlətinin qurulmasında dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. İbrahim Kazımbəyli Heydər Əliyevin hələ hakimiyyətinin birinci dönəmində (1969-1982) Azərbaycanın müstəqilliyi üçün gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 Daha sonra böyük dövlət adamı, dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvamda Azərbaycanın müstəqilliyi yolunda atılan addımları, 1993-2003-cü illərdə dövlət quruculuğu sahəsində gördüyü işlər haqqında məlumat verib.

Tədbirdə Beynəlxalq Münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova Müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin tarixi rolu, Regionşünaslıq (Şərq üzrə) kafedrasının baş müəllimi Fidan Ələsgərova Heydər Əliyev və Azərbaycançılıq ideologiyası, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Əliyeva Heydər Əliyev və Qafqazda sülh prosesi mövzusunda çıxış ediblər.  

Sonda müzakirələr aparılıb, tələbə və müəllimlərin sualları cavablandırılıb.