XƏBƏRLƏR

ADU-da Atif Qəmbərovla görüş keçirilib

16 dekabr, 2024

ADU Tələbə Gənclər Təşkilatı və Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə COP könüllülərinin ümumi rəhbəri, COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin direktoru Atif Qəmbərovla görüş keçirilib.
Atif Qəmbərov çıxışında burada olmağın onun üçün böyük qürur olduğunu bildirib və COP29 zamanı könüllülərin fəaliyyətindən bəhs edib.
ADU TGT sədri Nicat Əliyev COP29 zamanı ADU tələbələrinin aktivliyini vurğulayıb və qonaqlara ADU TGT-ni simvolizə edən nişanlar təqdim edib.
Tədbirin davamında tələbələrə COP29-la bağlı suallar ünvanlanıb, düzgün cavab verənlərə isə COP29 nümayəndə heyəti tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Daha sonra Atif Qəmbərov tələbələrin xaricdə təhsil, könüllülük proqramları və COP zamanı könüllülərin seçilməsi kimi mövzularla bağlı suallarını cavablandırıb.
Tədbirin sonunda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı tərəfindən Atif Qəmbərova təşəkkürnamə təqdim edilib.