ADU-da bölmə rəhbərlərinin iclası keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasında bölmə rəhbərlərinin iclası keçirilib.
Adıçəkilən kafedranın müdiri dos. Nigar Zeynalovanın iştirakı ilə təşkil olunmuş iclasda Bakalavriat səviyyəsində Məktəbəqədər təhsil, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim ixtisasları və Magistratura səviyyəsində Sosial pedaqogika, Pedaqogika tarixi və nəzəriyyəsi, Təhsildə qiymətləndirmə və monitorinq, Korreksiyaedici təlimin metodika və metodologiyası, Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, İbtidai sinifdə tədrisin metodika və metodologiyası, Təlim və tədrisin təşkili və metodikası, Biznesin təşkili və idarə edilməsi, Menecment ixtisasları üzrə müvafiq sənədlər təhlil olunub, təlim nəticələrinin təkmilləşdirilməsi, ixtisas üzrə FTN-lərlə uzlaşdırılması, həmin istiqamətlə bağlı təklif və tövsiyələr verilib.