Tərcüməçi hazırlığının keyfiyyətinin artırılması məqsədi ilə görüş keçirilib
13 dekabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə tərcüməçi hazırlığının keyfiyyətinin artırılması məqsədi ilə tərcümə sahəsində əmək bazarını təmsil edən əsas tərcümə şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə Magistratura şöbəsinin əməkdaşları, Əlavə Təhsil, təcrübə şöbəsinin müdiri Nicat Aşurov iştirak ediblər.
Görüş zamanı müvafiq kadr hazırlığının səviyyəsinin artırılması, məzunların işlə təmin olunma imkanlarının genişləndirilməsi və ixtisas fənlərinin tədrisi ilə bağlı məsələlər müzakirə edilib.









