Tələbələr Beynəlxalq Tarix Olimpiadasının qalibi olub
13 dekabr, 2024

Azərbaycan Dillər Unuversitetinin tələbələri- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) idarə heyətinin üzvü, ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev və İngilis-alman fakültəsinin sədri Nigar Hüseynova 26 noyabr - 1 dekabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Tarix Olimpiadasının qalibi olublar.
Tələbələr dünyanın 30-a yaxın ölkəsindən 900-dən çox gəncin qatıldığı olimpiadanın final mərhələsində beş ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Anqola və Çindən olan gənclər arasında birinci yerə layiq görülüblər.
Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!







