Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dillər Unuversitetinin (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası kafedrasının müdiri professor Fikrət Cahangirovun təşəbbüsü, sözügedən kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülşən Məhərrəmovanın təşkilatçılığı və İngilis və fransız dilləri fakültəsinin 3-cü kurs 327B və 329B qrup tələbələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov, ADU-nun rektor məsləhətçisi fəlsəfə doktoru Anar Osmanlı, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalazadə, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Fikrət Cahangirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Respublikamızı parçalanmaqdan və yox olmaq təhlükəsindən xilas etdi. Eyni zamanda mədəniyyətimizin, təhsilimizin inkişafı üçün misilsiz işlər həyata keçirdi. Həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Ümummili liderin ideyalarını uğurla davam etdirir.
İngilis və fransız dilləri fakültəsinin 3-cü kurs 327B və 329B qrupunun tələbələri ingilis dilində Ümummili Lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti, Azərbaycan xalqının qarşısında göstərdiyi xidmətlər və eləcə də dərin dövlətçilik təcrübəsi haqqında çıxış edib və təqdimatlar göstəriblər.
İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva öz çıxışında 30 ildən sonra Qarabağın azad olunmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirmiş olduğu siyasətin təntənəsindən söhbət açıb.
Sonda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı çıxış edib, tədbirdə əməyi keçənlərə təşəkkürünü bildirib.













