“Müstəqil Azərbaycan dövlətinin memarı” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşü
Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli müasir Azərbaycan dövlətinin qurulmasında dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. İbrahim Kazımbəyli Heydər Əliyevin hələ hakimiyyətinin birinci dönəmində (1969-1982) Azərbaycanın müstəqilliyi üçün gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra böyük dövlət adamı, dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvanda Azərbaycanın müstəqilliyi yolunda atılan addımları, 1993-2003-cü illərdə dövlət quruculuğu sahəsində gördüyü işlər haqqında məlumat verib.
Tədbirdə Beynəlxalq Münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova “Müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin tarixi rolu”, Regionşünaslıq (Şərq üzrə) kafedrasının baş müəllimi Fidan Ələsgərova “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Əliyeva “Heydər Əliyev və Qafqazda sülh prosesi” mövzularında çıxış ediblər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.









