“Qəlblərdə yaşayan lider” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsi və Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Qəlblərdə yaşayan lider” adlı tədbir keçirilib.
Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, İngilis və Fransız dilləri fakültəsinin dekan müavini Namiq Əsədov, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, İngilis dilinin qrammatikası kafedrasının müdiri dosent Laləndar Ziyadova, hər iki fakültənin müəllimləri və tələbələri iştirak ediblər.
İngilis dilinin qrammatikası kafedrasının dosenti S.Nuriyeva "Milli özünüdərk prosesində H.Əliyev fenomeni", Linqvokulturologiya kafedrasının professoru K.Cəfərova "Heydər Əliyevin dil siyasəti", İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti A.Kazımova "Heydər Əliyevin təhsil strategiyası", Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Ə.Məmmədova “Heydər Əliyevin gənclər siyasəti və müasir gənclik" mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə tələbələr Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında çıxış edib, video-çarx nümayiş etdiriblər.
Rektorun məsləhətçisi Anar Osmanlı Heydər Əliyevin Azərbaycan xalqının həyatında əvəzsiz rolundan bəhs edərkən, onun dil siyasəti, multikulturalizm dəyərlərinə verdiyi töhfələrdən danışıb.









































